Füzulinin Qarakollu kənd sakini 32 il sonra doğma torpağa, ata yurduna səfər edib.
Bakıvaxtı.az xəbər verir ki, 90 yaşlı Məhluqə Məcidova ailə qurduqdan sonra Astaraya gəlin köçüb.
Daha sonra işğal illərinə təsadüf etdiyindən ata ocağına gedə bilməyib.
Deyir ki, illərlə buraya gəlməyin xəyalını qurub:
“Bəlkə də ata-anam hiss edir ki, qızları gəlir ata yurduna”.
Amma erməni vandalizminə məruz qalan kəndlə onun təsəvvüründəki üst-üstə düşməyib:
“Hanı heç kəndə oxşayır ki? Belə deyildi, bala, kənd belə deyildi... Gəlhagəl vaxtı idi kəndin. Millət ora gedirdi, bura gəlirdi, indi heç kim yoxdur. Xaraba qalıb”.
Məhluqə nənənin təsirli hekayəsi İTV-nin reportajında: