"Sputnik Azərbaycan"ın icraçı direktoru İqor Kartavıx həbsdən azad edilib və Rusiyaya yola salınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Kartavıx həbsdən azad edilib və Rusiyaya uçub”, - deyə o bildirib.
Qeyd edək ki, oktyabrın 10-da İqor Kartavıxın barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığına dəyişdirilmişdi.