• Bakı 24° C

    4.72 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Trampın Nobelə namizədliyi üçün imza toplanır

DÜNYA

19 Oktyabr 2025 | 21:09 | Müəllif: Subhan Mahmudov

Trampın Nobelə namizədliyi üçün imza toplanır

ABŞ Nümayəndələr Palatasının və Knessetin (İsrail parlamenti) spikerləri Mayk Conson və Amir Ohana ABŞ Prezidenti Donald Trampın 2026-cı il Nobel Sülh Mükafatına namizədliyini irəli sürmək üçün bütün dünya üzrə həmkarlarından imza toplayır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Foks Nyus" telekanalı məlumat yayıb.

"Mən Trampın Nobel Sülh Mükafatına layiq olduğuna inanıram. Əslində, Knesset spikeri Ohana və mən prezident Trampı növbəti sülh mükafatına namizəd göstərmək üçün azad dünyanın digər spikerləri və parlament rəhbərlərindən mümkün qədər çox imza toplamaq üçün birləşdik. O, buna hamıdan çox layiqdir", - Conson müsahibəsində deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026