• Bakı 18° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Eldar Mahmudovun da həbsi GÜNDƏMƏ GƏLİB

GÜNDƏM

19 Oktyabr 2025 | 13:34

Eldar Mahmudovun da həbsi GÜNDƏMƏ GƏLİB

"Ramiz Mehdiyevin ardınca sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun da həbsi gözlənilir. İspaniyanın "Diario de Mallorca" nəşri bildirir ki, Azərbaycanın Baş Prokurorluğu Palma şəhər məhkəməsi və Balear adalarının Korrupsiyaya qarşı Prokurorluğuna göndərdiyi məktubda Mahmudovlar ailəsi ilə bağlı məlumatlar təqdim edib".

Bakıvaxtı.az xəbər verir ki, bunu sosial şəbəkədə jurnalist Cavanşir Həsənli paylaşıb. 

O qeyd edib ki, Azərbaycan Prokurorluğunun bildirdiyinə görə, hazırda sabiq nazir Eldar Mahmudov və digər şəxslər barəsində ayrıca cinayət işi aparılır. Bu iş 2018-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəliləri ilə bağlı araşdırmadan fərqlidir:

"Məlumata görə, dövlət büdcəsindən mənimsənilən 29,6 milyon avro əvvəlcə Latviyadakı banka köçürülüb, hesab Dominikan Respublikasında qeydiyyatdan keçmiş Prime Design and Patenting SA adlı offşor şirkətə məxsus olub. Şirkətin sahibi Sahib Əli oğlu Ağayev, Eldar Mahmudovun yaxın adamı hesab olunur. 2014–2015-ci illərdə həmin hesabdan vəsait Anar Mahmudovun nəzarətində olan digər offşor şirkətlərin hesablarına köçürülüb.

Sahib Ağayev 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində korrupsiya ittihamı ilə mühakimə olunub və 2020-ci il iyunun 16-da məhkum edilib. Eldar Mahmudovun digər qohumu və yaxın əməkdaşı da 10 milyondan çox manat dövlət vəsaitinin mənimsənilməsində ittiham edilərək digər nazirlik əməkdaşları ilə birlikdə cəzalandırılıb.

Azərbaycan Prokurorluğu qeyd edir ki, Anar Mahmudovun əldə etdiyi 29,6 milyon avro sonradan onun və yaxın ailə üzvlərinin İspaniya, Lüksemburq, İsveçrə və digər ölkələrdəki hesablarına köçürülüb. Bu pullar daşınar və daşınmaz əmlakların alınmasına sərf olunub.

Komissiya roqatoriyası zamanı əldə edilmiş məlumatlarda göstərilib ki, Mahmudov ailəsinin Azərbaycanda və Avropanın bir çox ölkəsində (İspaniya, Almaniya, Böyük Britaniya, Lüksemburq, İtaliya) 100 milyon avrodan artıq dəyəri olan əmlakları mövcuddur.

Azərbaycan Baş Prokurorluğu əlavə edib ki, bu aktivlərin hamısı Eldar Mahmudovun nazir təyin olunmasından sonra, onun arvadı və uşaqlarının adına rəsmiləşdirilib. O vaxta qədər onların əhəmiyyətli gəlirləri olmayıb".


SON XƏBƏRLƏR

18 Oktyabr 2025