• Bakı 15° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Baxçalıdan şok: Kipr təcili Türkiyəyə birləşməlidir!

DÜNYA

19 Oktyabr 2025 | 21:46

Baxçalıdan şok: Kipr təcili Türkiyəyə birləşməlidir!

Xəbər verdiyimiz kimi, Şimali Kipr Türk Cümhuriyyətində keçirilən prezident seçkilərinin nəticələri açıqlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman ölkənin yeni prezidenti seçilib.

Nəticələr açıqlandıqdan sonra ilk münasibət MHP sədri Dövlət Baxçalıdan gəlib.

O, seçkilərin nəticələrinin qəbul edilməməsi lazım olduğunu bildirərək, Şimali Kipr parlamentinə çağırış edib.

“ŞKTC-də keçirilən seçkinin nəticələri çox aşağı fəallıqla əldə olunub. Kipr türk icmasının taleyini bu fəallıqla təmsil etmək mümkün deyil. Seçkilərin nəticələri seçki komissiyası tərəfindən açıqlansa belə, KKTC parlamenti təcili toplanmalı, seçkilərin nəticələrinin və federasiyaya qayıtmasının qəbuledilməz olduğunu bəyan etməli və Türkiyə Cümhuriyyətinin tərkibinə daxil olmaq qərarına gəlməlidir”.


SON XƏBƏRLƏR

19 Oktyabr 2025
18 Oktyabr 2025