• Bakı 15° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

“Sputnik Azərbaycan”ın icraçı direktoru sərbəst buraxıldı

CƏMİYYƏT

20 Oktyabr 2025 | 00:19

“Sputnik Azərbaycan”ın icraçı direktoru sərbəst buraxıldı

Bakıda həbs olunan “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx həbsdən azad edilib və Rusiyaya yola salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trend-ə məlumatlı mənbədən bildiriblər.

Qeyd edilib ki, İqor Kartavıxın qarşılığında isə Rusiya tərəfi Moskva Akademik Satira Teatrının sabiq direktoru Məmmədəli Ağayevi azadlığa buraxıb.

Qeyd edək ki, Sputnik Azərbaycan” İnformasiya Agentliyinin ofisində iyun ayında polisin apardığı əməliyyat nəticəsində saxlanılan direktor İqor Kartavıx və baş redaktor Yevgeni Belousov barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Onlar Xətai Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs 4 ay müddətinə həbs olunmuşdular.

Onlar mütəşəkkil dəstə tərəfindən törədilən dələduzluq, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq və cinayət yolu ilə qazanılmış külli miqdarda əmlakı leqallaşdırma cinayətlərində ittiham olunurdular.


SON XƏBƏRLƏR

19 Oktyabr 2025
18 Oktyabr 2025