• Bakı C

    9.93 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.2222

Şimali Kiprdə prezident seçkisi: Tufan Erhürman qalib gəldi

DÜNYA

19 Oktyabr 2025 | 21:28

Şimali Kiprdə prezident seçkisi: Tufan Erhürman qalib gəldi

Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərində Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qələbə qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ŞKTR Ali Seçki Şurasının sədri Bertan Özerdağ məlumat verib.

O qeyd edib ki, 777 seçki qutusundan 735-i açılıb. T.Erhürman səslərin 62,80 faizini (84 630), müstəqil namizəd və hazırkı prezident Ersin Tatar isə 35,77 (48 208) faizini toplayıb.

Öz növbəsində, T. Erhürman mətbuat konfransı keçirərək qələbə qazandığını bəyan edib.

O bildirib ki, ölkənin xarici siyasəti rəsmi Ankara ilə məsləhətləşmələr formasında yürüdüləcək:

"Kimsənin bundan şübhəsi olmasın".

 

20:25

Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərində səsvermə prosesi başa çatıb.

Artıq səslərin 48,19 faizi hesablanıb. Məlumata görə, ən çox səsi Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman alıb. O, səslərin 63,38 faizini qazanıb. Müstəqil namizəd və hazırkı prezident Ersin Tatar isə 35,27 faiz səs toplayıb.

 

12:46

Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkisi keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, səsvermə saat 8:00-da başlayıb və 18:00-dək davam edəcək.

Seçki ilə əlaqədar ölkə üzrə ümumilikdə 777 seçki məntəqəsi yaradılıb. Namizədlər prezident seçilmək üçün birinci turda 50% +1% səs toplamalıdır. Namizədlərdən hansısa bu səs çoxluğunu əldə edə bilməsə, ölkədə yeddi gün ərzində ikinci tur keçiriləcək.

Beşi müstəqil olmaqla, seçkidə yeddi namizəd iştirak edir. Hazırkı prezident Ərsin Tatar bu dəfə seçkilərə müstəqil namizəd kimi qatılıb.


SON XƏBƏRLƏR

08 Dekabr 2025