• Bakı 19° C

    14.65 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Macarıstan Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu artırıb

İQTİSADİYYAT

20 Sentyabr 2025 | 14:15

Macarıstan Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu artırıb

Cari ilin ilk 6 ayı ərzində Macarıstandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 166,206 milyon ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 73,979 milyon dollar və ya 80,2% çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Macarıstandan olan investisiyaların payı 3,1%-dən 5,2%-ə yüksəlib. Bununla da sözügedən ölkə Azərbaycanın ən çox birbaşa investisiya etdiyi xarici ölkələr siyahısında 7-ci pillədə qərarlaşıb.

2024-cü ilin ilk yarımili ərzində Macarıstandan Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 92,227 milyon dollar təşkil etmişdi.

Qeyd edək ki, 2025-ci ilin ilk 6 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 3,222 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 244,295 milyon ABŞ dolları və ya 8,2% artım deməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,350 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 6 ayındakı göstərici ilə müqayisədə 351,561 milyon ABŞ dolları və ya 35,2% çoxdur.


SON XƏBƏRLƏR

19 Sentyabr 2025