• Bakı 19° C

    14.65 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Avropada hava limanlarında kiberhücum səbəbindən gecikmələr yaşanır

DÜNYA

20 Sentyabr 2025 | 14:00

Avropada hava limanlarında kiberhücum səbəbindən gecikmələr yaşanır

Bu gün kiberhücum səbəbindəan Avropanın bir sıra şəhərlərində hava limanlarının işində pozuntular baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, hakerlər Avropa hava limanlarında avtomatik qeydiyyat və minik sistemləri üzrə xidmət göstərən bir şirkətə kiber hücum ediblər. Bu hücum London, Brüssel və Berlin hava limanlarının fəaliyyətinə təsir edib. Bu səbəbdən qeydiyyat zamanı uzun növbələr yaranıb.

Berlin hava limanında bildirilib ki, avtomatlaşdırılmış sistemlər sıradan çıxdığı üçün qeydiyyat və minik yalnız əl ilə həyata keçirilir.

“Bu, uçuş cədvəlinə ciddi təsir edir və təəssüf ki, gecikmələrə və reyslərin ləğvinə səbəb olacaq,” — açıqlamada vurğulanıb.

Londonun "Heathrow" hava limanından isə bildiriblər ki, gecikmələr “üçüncü tərəf təminatçısında yaranmış texniki problem”lə bağlıdır.

Berlin hava limanından əlavə edilib ki, Avropanın bir çox hava limanlarında işləyən sistemin təminatçısında yaranmış texniki problemi tez bir zamanda aradan qaldırmaq üçün işlər görülür.


SON XƏBƏRLƏR

19 Sentyabr 2025