• Bakı 19° C

    8.92 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

SEPAH Yəmənlə İsrailə qarşı strateji əməkdaşlığı gücləndirəcəyini açıqladı

DÜNYA

20 Oktyabr 2025 | 11:53

SEPAH Yəmənlə İsrailə qarşı strateji əməkdaşlığı gücləndirəcəyini açıqladı

İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandiri general-mayor Məhəmməd Pakpur Yəmən ilə İsrailə qarşı strateji və əqidə əsaslı əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını bildirib.

Bakıvaxtı.az bu barədə Tasnim-ə istinadla xəbər verir.

Məlumata görə, Pakpur yeni təyin olunmuş Yəmən Baş Qərargah rəisi Yusif Həsən əl‑Mədanini təbrik edib və hava hücumu zamanı həlak olmuş keçmiş baş qərargah rəisi general Məhəmməd Əbdül‑Kərim əl‑Qəmarinin ölümünə görə başsağlığı verib.

O, əl‑Qəmarini Yəmənin ləyaqəti uğrunda mübarizədə böyük sərkərda kimi xarakterizə edib və onun xidmətlərini tərifləyib. Pakpur bəyan edib ki, SEPAH “Müqavimət Cəbhəsi” ilə həmrəyliklərini yeniləyir və beynəlxalq silah və koalisiyalara qarşı mənəvi və strateji mübarizəni gücləndirməyə hazırdır.

Əli Hüseynov


SON XƏBƏRLƏR

19 Oktyabr 2025