Rusiyaya qarşı 19-cu sanksiyalar paketi çərçivəsində Avropa İttifaqı (Aİ) Kremlin geoməkan məlumatlarına və süni intellekt innovasiyalarına çıxışının məhdudlaşdırılması təklifini irəli sürüb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik üzrə ali komissarı Kaya Kallas məlumat verib.
Onun sözlərinə görə, yeni sanksiyalar Rusiyanın texnologiyalara çıxışını məhdudlaşdıracaq.