• Bakı 19° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Qəzzada son 24 saat

DÜNYA

19 Sentyabr 2025 | 16:50

Qəzzada son 24 saat

Qəzzada ölənlərin sayı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son 24 saat ərzində 33 fələstinli ölüb, 146 fələstinli isə yaralanıb.

Bununla da başlayan müharibədə ümumilikdə 65 174 nəfər ölüb, 166 071 nəfər isə yaralanıb.

Nazirlik, həmçinin son 24 saat ərzində aclıq və qidalanmadan 4 ölüm faktının qeydə alındığını bildirib. İsrailin Qəzzaya qarşı müharibəsinin başlamasından bu yana qida çatışmazlığından ölənlərin ümumi sayı 147-si uşaq olmaqla 440-a çatıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR