"Avropa üçlüyü"nün (Böyük Britaniya, Almaniya və Fransa) hərəkətləri İranın nüvə proqramı ilə bağlı böhranı diplomatik yolla həlli üçün bütün səyləri alt-üst edir.
Bakıvaxtı.az İran KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"BMT Təhlükəsizlik Şurasında üç Avropa ölkəsinin daha əvvəl ləğv edilmiş qətnamələrin bərpasına yönəlmiş bugünkü hərəkətləri qeyri-qanuni, əsassız və təxribat xarakteri daşıyır, davam edən diplomatik proseslərə ciddi zərbə vurur. İran BMT Təhlükəsizlik Şurasının sanksiyalarını bərpa etmək cəhdləri də daxil olmaqla, istənilən qeyri-qanuni hərəkətə lazımi cavab vermək hüququnu özündə saxlayır", - bəyanatda deyilir.
Xatırladaq ki, bu gün BMT Təhlükəsizlik Şurası 2015-ci ildə ləğv edilmiş İrana qarşı sanksiyaların bərpası prosesini əngəlləməyi nəzərdə tutan qətnamə layihəsini rədd edib. "Avropa üçlüyü" Tehran hökuməti qarşısında üç şərt qoyub: ABŞ ilə danışıqlara başlamaq, nüvə fəaliyyətlərini dayandırmaq və zənginləşdirilmiş uran haqqında məlumat vermək.
Bu şərtlərə əməl etmək üçün Tehrana 30 gün vaxt verilib. Əks halda, "snapback" mexanizmi aktivləşdiriləcək, yəni BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi yenidən qüvvəyə minəcək.
Avqustun 28-də "Avropa üçlüyü" BMT Təhlükəsizlik Şurasına "snapback" mexanizminin işə salınması ilə bağlı məktub göndərib.