• Bakı 23° C

    7.97 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi vəzifəsindən gedir

DÜNYA

19 Sentyabr 2025 | 14:05

BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi vəzifəsindən gedir

 BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen şəxsi səbəblərə görə istefa verəcəyini açıqlayıb.

Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, o, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında açıqlama verib.

"BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi kimi, 6 il yarımdan çox işlədikdən sonra istefa vermək niyyətim barədə BMT Baş katibinə məlumat verdim və o, xahişimi nəzakətlə qəbul etdi. Uzunmüddətli xidmətdən sonra öz istəyimlə vəzifəmdən ayrılmağı planlaşdırırdım", - deyə Pedersen bildirib.

69 yaşlı xüsusi nümayəndənin gedişinin dəqiq tarixi açıqlanmayıb. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 Sentyabr 2025