• Bakı 7° C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Cəzasını təkadamlıq kamerada çəkəcək

DÜNYA

19 Oktyabr 2025 | 12:12 | Müəllif: Subhan Mahmudov

Cəzasını təkadamlıq kamerada çəkəcək

Fransanın keçmiş prezidenti Nikolya Sarkozi cəzasını digər məhbuslarla əlaqəsi olmayacaq təkadamlıq kamerada keçirəcək. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə France TV mənbələrə istinadən məlumat yayıb.

O, cəzasını oktyabrın 21-də Parisin mərkəzində yerləşən La Sante həbsxanasında çəkməyə başlayacaq. Müəssisənin "VIP zonası" kimi tanınan ayrıca bloku var - bu, başqaları ilə təmasdan təhlükəsizliyi risk altında ola biləcək məhbuslar üçün nəzərdə tutulmuş otaqlardan ibarətdir. Lakin Sarkozi bu blokda yerləşdirilməyəcək.

Keçmiş prezident kamerasında tək qalacaq və ayrıca həyəti olacaq. O, kamerasında stasionar telefon, ziyarət yeri və gündə iki dəfə gəzinti ilə təmin olunacaq.

Sarkozi həbs olunduğu ilk saatlarda şərti azadlığa çıxa biləcək.

Fransa məhkəməsi daha əvvəl Fransanın keçmiş prezidentini 2007-ci ildəki seçki kampaniyası ilə əlaqədar 5 il həbs cəzasına məhkum etmişdi və o, 43 milyon avro xərcləməkdə ittiham olunurdu. Bu da qanuni limitdən təxminən iki dəfə çoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026