• Bakı 10° C

    2.3 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bu, Zelenskinin ABŞ-a sonuncu səfəri idi - Dubinski

DÜNYA

19 Oktyabr 2025 | 11:34 | Müəllif: Subhan Mahmudov

Bu, Zelenskinin ABŞ-a sonuncu səfəri idi - Dubinski

Ukrayna lideri Vladimir Zelenskinin Ağ Evə səfəri onun sonuncu səfəri kimi görünür.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının müxalifətyönlü deputatı Aleksandr Dubinski bildirib.

"Ümumiyyətlə, bütün bunlar Zelenskinin Ağ Evə son səfərinə bənzəyir. Onu heç kim salamlamadı, heç kim yola salmadı. Hansısa qadın onu maşınına qədər müşayiət etdi", - Dubinski vurğulayıb.

Qeyd edək ki, ABŞ və Ukrayna prezidentləri arasında oktyabrın 17-də Ağ Evdə keçirilən görüşdə Tramp həmkarına ABŞ-ı Ukraynadakı münaqişəyə cəlb etmək istəmədiyini bəyan edib./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR