Amerikalılar getdikcə siyasi səbəblərdən ABŞ vətəndaşlığından daha tez-tez imtina edirlər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.
Qeyd edilib ki, hər il xaricdə yaşayan 5000-6000amerikalı vətəndaşlığını itirir. Əvvəllər əsas səbəblər kimi vergilər və bürokratik ağırlaşmalar göstərilirdisə, indi siyasi faktorlar daha çox önə çıxır.
Nəşrin məlumatına görə, bir il ərzində vətəndaşlıqdan çıxmaq barədə düşünən ABŞ vətəndaşlarının xaricdəki payı 30%-dən 49%-ə yüksəlib. Onlardan 61%-i səbəb kimi vergiləri, 51%-i isə ABŞ hökumətindən və ya siyasətindən narazılığını göstərir.
Böyük Britaniyadan çoxlu sayda müraciətlər gəlir: ABŞ-nin Londondakı səfirliyi artıq ərizələrin qəbulu üçün təxmini vaxt çərçivəsini belə təqdim edə bilmir. “The Washington Post” yazır ki, növbələr COVID-19 pandemiyası zamanı diplomatik missiyalara qoyulan məhdudiyyətlər səbəbindən başlayıb.