• Bakı 23° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Ucarda eyni vaxtda iki qəza baş verdi

HADİSƏ

19 Sentyabr 2025 | 21:55 | Müəllif: Subhan Mahmudov

Ucarda eyni vaxtda iki qəza baş verdi

Ucarda eyni vaxtda iki yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı–Qazax magistralının Ucar rayonunun Qazıqumlaq kəndindən keçən hissəsində qeydə alınıb.

Birinci qəza zamanı Bakı istiqamətində hərəkətdə olan traktorla yük maşını toqquşub. Nəticədə traktor magistral yoldan çıxaraq yol kənarına aşıb. İdarəetməni itirən yük maşını isə beton arakəsməni dağıdaraq yolun əks istiqamətinə çıxıb.

Adı çəkilən ərazidə baş verən digər qəzada isə ağırtonajlı avtomobillə mikroavtobus toqquşub.

Birinci qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 2 nəfər Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026