• Bakı 19° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

"Formula 1": Bakıdakı yarışda ikinci sərbəst yürüş başlayıb - YENİLƏNİB

FORMULA 1

19 Sentyabr 2025 | 17:16

Formula 1: Bakıdakı yarışda ikinci sərbəst yürüş başlayıb - YENİLƏNİB

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, "Ferrari" pilotu Lyuis Hemilton ən yaxşı nəticəni göstərib.

Onun komanda yoldaşı Şarl Lekler ikinci, "Mercedes"dən Corc Russell üçüncü olub.

Daha əvvəl ilk sərbəst yürüşdə "Maklaren" pilotu Lando Norris birinci sırada qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

***

16:05

Bakıda təşkil edilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, mübarizəyə saat 16:00-da start verilib.

Bu gün keçirilən ilk test yürüşündə "Maklaren" pilotu Lando Norris ən yaxşı nəticə göstərib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.


SON XƏBƏRLƏR