• Bakı 17° C

    14.24 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Trampın "The New York Times"dan milyardlar qazanmaq istəyi baş tutmadı

DÜNYA

19 Sentyabr 2025 | 21:47

Trampın The New York Timesdan milyardlar qazanmaq istəyi baş tutmadı

ABŞ prezidenti Donald Trampın "The New York Times"a qarşı iddiası düzgün olmayan şikayətə görə təxirə salınıb. 

Bakıvaxtı.az xəbər verir ki, Florida məhkəməsi Trampın iddiasını rədd edən qərar çıxarıb.

"Şikayət 28 gün müddətində ona dəyişiklik edilməsinə icazə verilməklə rədd edilir. Dəyişiklik edilən şikayət 40 səhifədən çox olmamalıdır", - məhkəmənin qərarında deyilir.

Qeyd edək ki, Tramp məşhur media qurumunu “radikal solçu Demokratik Partiyanın ruporu” və “ölkənin ən pis qəzetlərindən biri” adlandırıb. O, qəzetə qarşı 15 milyard dollarlıq iddia qaldırıb.


SON XƏBƏRLƏR