• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Türkiyə müdafiə nazirindən PKK-ya XƏBƏRDARLIQ

DÜNYA

19 Sentyabr 2025 | 21:16 | Müəllif: Subhan Mahmudov

Türkiyə müdafiə nazirindən PKK-ya XƏBƏRDARLIQ

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər PKK terror qruplaşmasına və ona bağlı olan qollara növbəti dəfə xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, nazir bu barədə Ankarada 19 Sentyabr - Qazilər Günü münasibətilə keçirilən mərasimdə danışıb.

"PKK və ona bağlı bütün qruplar, edilən çağırış və qəbul edilən ləğv qərarı çərçivəsində dərhal terror fəaliyyətlərinə son verməli, başda Suriya olmaqla, müxtəlif coğrafiyalarda və fərqli adlar altında fəaliyyət göstərən bütün qolları bir an əvvəl və şərtsiz olaraq silahlarını təhvil verməlidirlər", –nazir bildirib.

Y.Gülər heç bir terror təşkilatının bölgədə kök salmasına, fərqli adlar altında fəaliyyət göstərməsinə icazə verməyəcəklərini vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026