• Bakı 23° C

    6.52 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

ABŞ Polşaya 253 "Javelin" tank əleyhinə raket verəcək

DÜNYA

19 Sentyabr 2025 | 15:48

ABŞ Polşaya 253 Javelin tank əleyhinə raket verəcək

Vaşinqton Varşavaya "Javelin" tank əleyhinə raket kompleksləri və 2506 raket tədarük edəcək.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış məlumat verib.

O, açıqlamasında bildirib ki, ABŞ Dövlət Departamenti Polşaya 253 buraxılış qurğusu və 2506 raket, həmçinin zəruri təlim və ehtiyat hissələrinin satışını təsdiqləyib.

Söhbət müxtəlif növ zirehli texnikaları, o cümlədən dinamik mühafizə ilə təchiz olunmuşları məhv etməyə qadir olan FGM-148F raketlərindən gedir.

Gülşən Şərif


SON XƏBƏRLƏR