• Bakı 14° C

    15.96 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Tramp Ağ Evdə Ərdoğanla görüşəcək

DÜNYA

19 Sentyabr 2025 | 22:23

Tramp Ağ Evdə Ərdoğanla görüşəcək

ABŞ Prezidenti Donald Tramp sentyabrın 25-də Ağ Evdə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Amerika lideri "Truth Social"da yazıb.

"(Türkiyə-red) Prezidenti ilə biz bir çox ticarət və hərbi əməliyyatlar, o cümlədən "Boeing" təyyarələrinin geniş miqyasda alınması, böyük F-16 müqaviləsi və F-35 təyyarələri üzrə danışıqların davam etdirilməsi üzərində işləyirik ki, bunun da müsbət nəticələnəcəyini gözləyirik", - o qeyd edib.

Tramp əlavə edib ki, onun həmişə Ərdoğanla çox yaxşı münasibətləri olub.


SON XƏBƏRLƏR

19 Sentyabr 2025