• Bakı 16° C

    14.39 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

"Qarabağ"ın oyunçusu UEFA-nın simvolik yığmasında

İDMAN

19 Sentyabr 2025 | 20:03

Qarabağın oyunçusu UEFA-nın simvolik yığmasında

UEFA rəsmi sosial media hesabında Çempionlar Liqasının 2025/2026-cı il mövsümünün ümumi mərhələsinin ilk turunun ən yaxşı oyunçularından ibarət simvolik komandasını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, komandanın heyətinə "Qarabağ"ın oyunçusu Pedro Bikalyo da daxil edilib.

Komandanın heyəti belədir:

Qapıçı: Jeronimo Rulyi (Marsel).

Müdafiəçilər: Markos Lorente (“Atletiko Madrid”), Vircil van Deyk (“Liverpul”), Derrik Lukassen (“Pafos”), Yussufa Mioqqi (“Slaviya” Praqa).

Yarımmüdafiəçilər: Markus Reşford (“Barselona”), Hans Vanaken (“Brügge”), Pedro Bikalyo (“Qarabağ”), Fransisko Trinçao (“Sportinq” Lissabon).

Hücumçular: Markus Türam (“İnter”), Harri Keyn (“Bavariya”).

Bu mərhələdə keçirdiyi oyunda "Qarabağ" klubu səfərdə "Benfika"ya 3:2 hesabı ilə qalib gəlib. UEFA tərəfindən həmin görüşün ən yaxşı oyunçusu Pedro Bikalyo seçilib.

Hazırda Çempionlar Liqasının qalibi "Pari Sen-Jermen" komandasıdır.


SON XƏBƏRLƏR