• Bakı 23° C

    6.52 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Əfqanıstan ABŞ-nin "Baqram" bazasına qayıtmasını istəmir

DÜNYA

19 Sentyabr 2025 | 15:28

Əfqanıstan ABŞ-nin Baqram bazasına qayıtmasını istəmir

Kabil ABŞ Prezidenti Donald Trampın Əfqanıstandakı "Baqram" hərbi aviabazasını onun nəzarətinə qaytarmaq niyyətini rədd edir.

Bakıvaxtı.az-ın "Al Jazeera"yə istinadən verdiyi məlumata görə, bu barədə Taliban XİN-in nümayəndəsi Zakir Cəlal sosial şəbəkələrdə yazıb.

O, həmçinin vurğulayıb ki, Kabil Vaşinqtonla dialoqa hazırdır, lakin Əfqanıstanda ABŞ-nin hərbi iştirakının bərpasına icazə verməyəcək.

"İki ölkə Birləşmiş Ştatların Əfqanıstanda hər hansı bir hərbi iştirakını saxlamadan bir-biri ilə qarşılıqlı əlaqədə olmalıdır", - o qeyd edib.

Z.Cəlal əlavə edib ki, Kabil "qarşılıqlı hörmət və ümumi maraqlar" əsasında Vaşinqtonla siyasi və iqtisadi əlaqələri inkişaf etdirməyə hazırdır.

ABŞ Prezidenti Donald Tramp sentyabrın 18-də bəyan edib ki, administrasiyası "Baqram" bazasının ABŞ nəzarətinə qaytarılmasında israr edir. ABŞ Prezidenti qeyd edib ki, bazanın mövqeyi Çinə yaxınlığı səbəbindən strateji əhəmiyyət daşıyır.


SON XƏBƏRLƏR