• Bakı 19° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Aİ-nin bu ölkələri Rusiya qazını idxal etməyə davam edir - AK sözçüsü

İQTİSADİYYAT

19 Sentyabr 2025 | 16:25

Aİ-nin bu ölkələri Rusiya qazını idxal etməyə davam edir - AK sözçüsü

Söhbət Belçika, Hollandiya, Fransa, İspaniya, Portuqaliya, Yunanıstan, Slovakiya və Macarıstandan gedir.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) sözçüsü Anna-Kaisa İtkonen Brüsseldə keçirdiyi brifinqdə deyib.

O, bildirib ki, AK-də bu tədarüklərin son təyinatı barədə məlumat yoxdu:

"Biz bu qazın haradan gəldiyini bilirik, lakin onun sonda hara bitdiyini və istehlak edildiyini bilmirik".

Qeyd edək ki, Avropa Komissiyası Rusiya qazından uzaqlaşmaq təşəbbüslərini açıqlamışdı. Yol xəritəsində 2025-ci ilin sonuna kimi Rusiyadan yeni qaz idxalına və spot müqavilələrə qadağa qoymaq niyyəti bildirilib. AK, həmçinin 2027-ci ilin sonuna qədər Rusiyadan boru kəməri və maye qaz alışını qadağan etmək istəyir. Son hüquqi qüvvəyə malik təkliflər Aİ Şurasında Aİ üzv dövlətləri tərəfindən təsdiqlənməlidir. Macarıstan və Slovakiya isə bu planın əleyhinə səs verəcəklərini bəyan ediblər.

Gülşən Şərif


SON XƏBƏRLƏR