• Bakı 20° C

    2.65 m/s

Qızılın qiyməti 4 400 dollara yaxınlaşır

İQTİSADİYYAT

17 Oktyabr 2025 | 10:30

Qızılın qiyməti 4 400 dollara yaxınlaşır

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti 4 370 ABŞ dollarını ötüb.

Bakıvaxtı.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında (Bakı vaxtı ilə saat 08:38-ə olan məlumata görə) qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1,57% artaraq 4 372,1 ABŞ dollarına bərabər olub.

    COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 0,13% artaraq 53,365 ABŞ dolları olub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Oktyabr 2026