Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 25 463 ədəd noutbuk, 2 847 ədəd stolüstü kompüter istehsal edilib.
Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 15,6 dəfə və 2,7 dəfə çoxdur.
Təkcə oktyabrda isə 24 033 ədəd noutbuk istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 3 433 dəfə çoxdur. Son dörd ayda Azərbaycanda stolüstü kompüter istehsal edilməyib.
2024-cü ildə Azərbaycanda 1 715 ədəd noutbuk, 2 139 ədəd stolüstü kompüter istehsal edilib. Bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 3 dəfə çox və 43,3 % azdır.
Bakı 



