• Bakı 15° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Naxçıvanda 10 ayda vergi ödəyicilərinə 52 mindən çox xidmət göstərilib

İQTİSADİYYAT

14 Noyabr 2025 | 13:54

Naxçıvanda 10 ayda vergi ödəyicilərinə 52 mindən çox xidmət göstərilib

2026-cı ilin 10 ayı ərzində Naxçıvan Muxtar Respublikasında (MR) vergi ödəyicilərinə 52 mindən çox xidmət göstərilib

Bakıvaxtı.az xəbər verir, 2025-ci ilin yanvar-oktyabr ayları ərzində Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 38 min 533 şəxs qəbul edilib.

Mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 52 min 591 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çoxdur.

Ümumi xidmətlərin 86 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

- Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi haqqında qəbzin verilməsi;

- Asan İmza sertifikatının verilməsi;

- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

- Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

- Vergi ödəyicisinə arayışların verilməsi;

- Vergi ödəyicisinin fəaliyyətinin bərpası;

- Fiziki şəxsin uçotdan çıxarılması;

- Əmək müqaviləsi üzrə elektron informasiya sistemində aparılan əməliyyatlar.

Yanvar-oktyabr aylarında vergi ödəyicilərinə 666 min 1 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Həmin dövr ərzində vergi ödəyiciləri ilə 97 görüş keçirilib, 415 ünvanlı xidmət göstərilib.

Yanvar-oktyabr ayları ərzində 3 min 92 müraciət üzrə 5 min 523 Asan İmza sertifikatı verilib.


SON XƏBƏRLƏR