• Bakı 11° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Azərbaycanda əmtəəlik neft hasilatı azalıb, qaz hasilatı isə artıb

İQTİSADİYYAT

14 Noyabr 2025 | 17:55

Azərbaycanda əmtəəlik neft hasilatı azalıb, qaz hasilatı isə artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 32 milyard manat təşkil edib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.1% azalma deməkdir.

Hesabat dövründə mədənçıxarma sənayesinin ümumi istehsal həcmi 31 980.3 milyon manat olub (əvvəlki ilin eyni dövrünə nisbətən - 97.9%). Bu sahədə xam neft və təbii qaz hasilatı 29 118.6 milyon manat səviyyəsində qeydə alınıb (97.9%). Metal filizlərinin hasilatı üzrə istehsal 556.9 milyon manat təşkil edib (138.7%). Sənayenin digər sahələrində istehsal 194.1 milyon manat olub (112.9%). Mədənçıxarma sahəsinə xidmətlərin göstərilməsi isə 2 110.7 milyon manat (91.3%) təşkil edib.

Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 23 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 32.3 milyard kubmetr olub. Əmtəəlik neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.6% azalıb, əmtəəlik qaz hasilatı isə 1.7% artıb.


SON XƏBƏRLƏR