Durğun Almaniya iqtisadiyyatı şəraitində bir çox şirkət ayaqda qalmaq üçün mübarizə aparır.
Bakıvaxtı.az "Rheinische Post" qəzetinə istinadən xəbər verir ki, bu, Almaniya Federal Statistika İdarəsinin hesabatında yer alıb.
Hesabata görə, müflisləşmə dalğası Almaniya iqtisadiyyatını bürüyüb. Oktyabr ayında xüsusilə tikinti və otel sektorunda iflasların sayı artmaqda davam edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ayda müflisləşmə halları 6,5% çox qeydə alınıb.
Bildirilib ki, yüksək enerji qiymətləri, həddindən artıq bürokratiya və azalan istehlak tələbi kimi bir sıra məsələlərə görə alman biznesləri üçün vəziyyət çətin olaraq qalır.
Gülşən Şərif
Bakı 



