• Bakı 15° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Azərbaycan Kolumbiyadan nar tədarük etməyə başlayıb

İQTİSADİYYAT

14 Noyabr 2025 | 15:21

Azərbaycan Kolumbiyadan nar tədarük etməyə başlayıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 4,4 milyon ABŞ dolları dəyərində 5 163 ton nar ixrac edib.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 32 %, kəmiyyət olaraq – 38 % çoxdur.

Azərbaycan Rusiyaya 4,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 39 % çox) 4 924 ton (+47 %), Gürcüstana 144 min ABŞ dolları dəyərində (+76 %) 185 ton (+36 %), Ukraynaya 52 milyon ABŞ dolları dəyərində (-69 %) 51,8 ton (-70 %) və Səudiyyə Ərəbistanına 2,55 min ABŞ dolları dəyərində (-52 %) 0,1 ton (-69 %) məhsul satıb.

Hesabat dövründə Azərbaycan 146 min ABŞ dolları dəyərində (+dəfə) 71,2 ton (+dəfə) nar idxal edib.

Azərbaycan Rusiyadan 78,4 min ABŞ dolları dəyərində 28 ton (1 il əvvəl tədarük olmayıb), Perudan 26,8 min ABŞ dolları dəyərində (-27 %) 10,7 ton (-28 %), Türkiyədən 24,8 milyon ABŞ dolları dəyərində (+4,3 dəfə) 20,7 ton (+4 dəfə), İrandan 12,9 min ABŞ dolları dəyərində (+23 dəfə) 10,7 ton (+19 dəfə), Cənubi Afrikadan 2,2 min ABŞ dolları dəyərində (-49 %) 0,9 ton (-50 %) məhsul alıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə Kolumbiyadan tədarük (0,7 min ABŞ dolları dəyərində 0,05 ton) həyata keçirilib.


SON XƏBƏRLƏR