• Bakı 16° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Nazirlik: Pensiya sisteminin maliyyə dayanıqlılığında risk yoxdur

İQTİSADİYYAT

17 Oktyabr 2025 | 14:36

Nazirlik: Pensiya sisteminin maliyyə dayanıqlılığında risk yoxdur

Azərbaycanın pensiya sisteminin maliyyə dayanıqlılığında hər hansı risk müşahidə olunmur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.

Nazirlik bəyan edib ki, ənənəvi olaraq hər il olduğu kimi bu il də qurum fiskal orqan olaraq ölkənin ortamüddətli və uzunmüddətli dövrdə qarşılaşacağı müxtəlif sosial-iqtisadi, humanitar və fiskal riskləri öz təhlillərinə daxil edir və bu risklərin uzunmüddətli perspektivdə qarşısının alınması üçün baxışlarını təqdim edir.

Nazirliyin dərc etdiyi "Ortamüddətli Xərclər Çərçivəsi" sənədinin orta və uzunmüddətli risklərin qiymətləndirilməsi bölməsində qeyd edildiyi kimi, hazırda ölkəmizdə ortamüddətli dövrdə fiskal dayanıqlıq, o cümlədən pensiya sisteminin maliyyə dayanıqlılığında vəziyyət qənaətbəxşdir və hər hansı risk əlamətləri müşahidə olunmur.

"Ortamüddətli Xərclər Çərçivəsi" sənədinin əhatə etdiyi 2026-2029-cu illərdə hökumətin qarşısında duran əsas və prioritet vəzifələrdən biri ölkə əhalisinin sosial rifahının yüksəldilməsi və həyat keyfiyyətinin davamlı şəkildə yaxşılaşdırılması olacaq və bu məsələ daimi nəzarətdə qalacaq.


SON XƏBƏRLƏR