• Bakı 17° C

    14.24 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Zelenski onu Ukraynanın ilk hərbi ombudsmanı təyin edəcək

DÜNYA

19 Sentyabr 2025 | 22:09

Zelenski onu Ukraynanın ilk hərbi ombudsmanı təyin edəcək

Ukrayna prezidenti Volodimir Zelenski Olqa Reşetilovanı yeni yaradılmış hərbi ombudsman vəzifəsinə təyin etmək qərarını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna lideri bu barədə özünün "Telegram" kanalında yazıb.

“Mən Olqa Reşetilovanı - hərbçilərimizə yaxşı tanış olan şəxsi Ukraynanın ilk hərbi ombudsmanı təyin edəcəyəm”, - deyə Zelenski vurğulayıb.

Ukraynada hərbi ombudsman institutunun yaradılması haqqında məlumat ilk dəfə 2024-cü ilin dekabrında açıqlanıb. Müvafiq qanun layihəsi bu ilin mayında Ali Radaya təqdim edilib, iyunda birinci oxunuşdan keçib və sentyabrda Rada tərəfindən təsdiqlənib.

Olqa Reşetilova bundan əvvəl Prezidentin hərbi qulluqçuların hüquqları üzrə müvəkkili vəzifəsində çalışıb.


SON XƏBƏRLƏR