Ukrayna qoşunları Xarkov vilayətinin Kupyansk şəhəri və ətraf rayonlarda öz mövqelərini müdafiə edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Rusiyanın etdiklərinə cavab olaraq yeni dərin zərbələr olacaq”, - Zelenski vurğulayıb.
Qeyd edək ki, ötən gün Zelenski ordunun Donetsk vilayətində əks-hücumlarını davam etdirdiyini bəyan edib.