Nigeriyada vəbadan ölənlərin sayı açıqlanıb.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, Nigeriyanın şimal-şərqində yerləşən Bauçi əyalətində vəba epidemiyası 58 nəfərin həyatına son qoyub.
Qeyd olunub ki, epidemiya Bauçi əyalətinin 20 rayonundan 14-nə yayılıb və xəstəliklə mübarizə komitəsi yaradılıb.
Mina Mikayılova
















