Ağ Ev Konqresdən İsrailə təxminən 6 milyard dollarlıq silah satışını təsdiq etməyi xahiş edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” məlumat yayıb.
"Tramp administrasiyası İsrailə silah satışı üçün Konqresdən icazə istəyir. İsrailin Qətərdə HƏMAS-a raket hücumuna və Qəzza zolağında intensivləşmiş hücuma baxmayaraq, bu addım qaçılmazdır", - bildirilib.
“AH-64 Apache” helikopterlərinə 3,9 milyard dollar, piyadaların daşınması üçün 3250 zirehli maşının alınmasına daha 1,9 milyard dollar xərclənəcəyi gözlənilir. Müqavilələrin tamamlanmasının iki-üç il çəkəcəyi gözlənilir.