• Bakı 17° C

    14.24 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Azərbaycan və Özbəkistan paralimpiya hərəkatının inkişafını müzakirə edib

İDMAN

19 Sentyabr 2025 | 21:24

Azərbaycan və Özbəkistan paralimpiya hərəkatının inkişafını müzakirə edib

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) prezidenti Hidayət Abdullayev Özbəkistan Paralimpiya Komitəsinin qonağı olub.

Bakıvaxtı.az-ın məlumatına görə, səfər çərçivəsində ARMPK prezidenti komitənin inzibati binasını ziyarət edib və Özbəkistan Paralimpiya Komitəsi sədrinin müavini Hikmət Toshmatov, sədrin müşaviri Mardonbek Davronov, həmçinin Özbəkistan Gözdən Əlillər İdmanı Federasiyasının sədri Otabek Erqaşev ilə görüşüb.

Görüş zamanı tərəflər hər iki ölkədə paralimpiya hərəkatının inkişafı, mövcud əməkdaşlığın genişləndirilməsi, tibbi təsnifat məsələləri və bu sahədə mütəxəssislərin biliklərinin artırılması istiqamətlərini müzakirə ediblər.


SON XƏBƏRLƏR