• Bakı 19° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Pakistan nüvə potensialını Səudiyyə Ərəbistanı ilə müdafiə sazişi çərçivəsində istifadə edə bilər

DÜNYA

19 Sentyabr 2025 | 16:21

Pakistan nüvə potensialını Səudiyyə Ərəbistanı ilə müdafiə sazişi çərçivəsində istifadə edə bilər

Pakistanın nüvə potensialı Səudiyyə Ərəbistanı ilə yeni imzalanmış strateji müdafiə sazişi çərçivəsində istifadə edilə bilər.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif bildirib.

Asif qeyd edib ki, müqavilə müsəlman ölkələrinin birgə müdafiə hüququnu nəzərdə tutur və heç bir ölkəyə qarşı yönəlməyib.

O, həmçinin Pakistan və Səudiyyə Ərəbistanına qarşı mümkün hücumlara birgə cavab veriləcəyini vurğulayıb.

Nazir Əfqanıstanın hələ də Pakistan ərazisinə qarşı terror hücumlarında istifadə olunduğunu iddia edib.

Qeyd edək ki, sentyabrın 17-də Ər-Riyadda Pakistanın baş naziri Şahbaz Şərif və Səudiyyə vəliəhdi Məhəmməd bin Salman “Birgə Strateji Müdafiə Sazişi”ni imzalayıblar.

Əli Hüseynov


SON XƏBƏRLƏR