• Bakı 23° C

    7.97 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Yəmən husilərinin liderini ölümlə hədələdi

DÜNYA

19 Sentyabr 2025 | 13:50

Yəmən husilərinin liderini ölümlə hədələdi

İsrailin müdafiə naziri İsrael Katz Yəmənin Ənsarullah Hərəkatının liderini ölümlə təhdid edib.

Bakıvaxtı.az xəbər verir ki, nazir Əbdülməlik əl-Husinin öldürüləcəyi ilə bağlı xəbərdarlıq edib.

    “Əbdülməlik əl-Husi, sənin də vaxtın çatacaq. Sən cəhənnəmin dərinliyində gözləyən hökumət nümayəndələrinlə və “Şər oxu”nun digər başqa üzvləri ilə görüşməyə göndəriləcəksən. Husilərin bayrağında olan “İsrailə ölüm, yəhudilərə lənət” şüarı İsrailin göy-ağ rəngli bayrağı ilə əvəz olunacaq və birləşmiş Yəmənin paytaxtında dalğalanacaq”, - Katz “X” hesabında qeyd edib.


    SON XƏBƏRLƏR

    18 Sentyabr 2025