Senat ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Mayk Uoltsu Birləşmiş Ştatların Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi vəzifəsinə təsdiq edib.
Bakıvaxtı.az xəbər verir ki, səsvermə canlı yayımlanıb.
Uoltsun namizədliyini 47 senator dəstəkləyib, 43 senator isə əleyhinə çıxıb.