Erməni bloqer, "SisMasis" "Telegram" kanalının müəllifi Samvel Karapetyan Rusiya vətəndaşlığından məhrum edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Karapetyan "SisMasis" "Telegram" kanalında məlumat verib.
O bildirib ki, mayda ona Rusiya vətəndaşlığının ləğv edilməsi barədə bildiriş gəlib. Rusiya Daxili İşlər Nazirliyi buna səbəb kimi ölkədə təhlükəsizliyə təhdid yaratmağı göstərib. Bloqerə qərarların surəti və ya hər hansı izahat təqdim edilməyib.
Qeyd edildiyinə görə, bu, ilk dəfədir ki, Rusiyada doğulmasına baxmayaraq, vətəndaşlıqdan məhrumetmə halı baş verir