• Bakı 27° C

    19.52 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1091

Narkotik qəbul edib qəza törətdi - Həbs olundu

DÜNYA

21 Avqust 2025 | 10:58

Narkotik qəbul edib qəza törətdi - Həbs olundu

Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə.Əhmədov küçəsində “Kia” markalı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirərək “Hyundai” markalı avtomobillə toqquşub.

Bakıvaxtı.az xəbər verir ki, sürücü Emil Xəlilov saxlanılıb.

Sabunçu RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı E.Xəlilovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E.Xəlilov 30 gün inzibati qaydada həbs edilib.


SON XƏBƏRLƏR

20 Avqust 2025