• Bakı 25° C

    19.52 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1091

ABŞ Rusiya və Ukraynanın danışıqlardakı mövqelərinin detallarını əldə edib

DÜNYA

21 Avqust 2025 | 09:05

ABŞ Rusiya və Ukraynanın danışıqlardakı mövqelərinin detallarını əldə edib

Amerika Birləşmiş Ştatları Rusiya və Ukraynanın danışıqlardakı mövqelərinin konkret detallarını əldə edib və onların üzərində işləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalına müsahibəsində bildirib.

    “Nəhayət detalları əldə etdik. Onların üzərində işləyirik, amma hələ hər şeyi sonadək düşünməmişik”, – deyə o qeyd edib.

    “Ukrayna əmi olmaq istəyir ki, Rusiya bir daha onun ərazisinə müdaxilə etməyəcək. O, gələcəkdə öz ərazi bütövlüyünə əmin olmaq istəyir. Ruslar isə müəyyən əraziləri istəyirlər – onların çoxunu artıq işğal ediblər, bəzilərini isə yox. Danışıqların mahiyyəti bundadır”, – Vens əlavə edib.


    SON XƏBƏRLƏR

    20 Avqust 2025