• Bakı 26° C

    7.21 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1091

İŞİD-in liderlərindən biri öldürülüb

DÜNYA

20 Avqust 2025 | 22:34

İŞİD-in liderlərindən biri öldürülüb

İŞİD terror qruplaşmasının liderlərindən biri, Suriyada təşkilatla əlaqəli qruplara rəhbərlik edən Salah Numan beynəlxalq koalisiya qüvvələrinin ölkənin şimal-qərbində keçirdiyi əməliyyat nəticəsində öldürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Al-Ikhbaria” telekanalına Suriya təhlükəsizlik xidmətindəki mənbə bildirib.

Onun sözlərinə görə, "Əli" ləqəbi ilə tanınan İraq vətəndaşı Salah Numan İdlib vilayətinin şimalındakı Atma kəndində gizlənib. Koalisiya qüvvələri evə hava zərbəsi endirib və binanı mühasirəyə alıb. Ekstremist qaçmağa çalışsa da, yerindəcə güllələnib.

Əməliyyatda Suriya və İraqdan olan təhlükəsizlik qüvvələrinin iştirak etdiyi vurğulanır.


SON XƏBƏRLƏR

20 Avqust 2025