Masallıda bir nəfər su anbarında batıb.
Bakıvaxtı.az bu arədə Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir.
Məlumata görə, hadisə rayonun İsi kəndi yaxınlığında Viləşçay su anbarında qeydə alınıb. Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə su anbarında 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.