Özbəkistan xarici işlər nazirinin müavini Bobur Usmanov Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Quliyev ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, görüş zamanı tərəflər Bakıdakı sammitinin nəticələri üzrə razılaşmaların həyata keçirilməsini müzakirə ediblər.
"Əsas diqqət bu ilin iyul ayının əvvəlində Bakı şəhərində keçirilmiş Özbəkistan-Azərbaycan sammitinin nəticələri üzrə əldə edilmiş razılaşmaların həyata keçirilməsi gedişatının nəzərdən keçirilməsinə yönəldilib. Özbəkistan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş birgə tədbirlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb", - məlumatda deyilir.
Tərəflər həmçinin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda sistemli dialoqu davam etdirməkdə qarşılıqlı marağı təsdiqləyiblər.