“Uşaqlar valideynlərin yarımçıq qalan arzularını reallaşdırmaq üçün təhsil almamalıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov deyib.
Onun sözlərinə görə, valideynlər çox zaman ixtisas seçimi zamanı öz istədikləri və ya arzulayıb, amma nail ola bilmədiyi sahəyə övladının yönəlməsini istəyir:
"Bu, tamamilə yalnışdır. Valideynlər imkan verməlidirlər ki, abituriyentlər öz maraq dairələrinə uyğun ixtisasa yiyələnsinlər".
R.Nəcəfov qeyd edib ki, yeni qəbul olan tələbələr isə dərslərinə fikir verməlidir:
"Bu günə qədər öyrəndiklərinizi, heç kim sizdən soruşmayacaq. Amma indi həyatınızın daha məsuliyyətli dövrü başlayır. Bacardığınız qədər oxuyun. Yeni biliklərə yiyələnin".
Mina Mikayılova