• Bakı 25° C

    7.83 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1091

Hövsanda 31 yaşlı kişi qətlə yetirilib

HADİSƏ

20 Avqust 2025 | 19:03

Hövsanda 31 yaşlı kişi qətlə yetirilib

  Suraxanı rayonunda qətl hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, avqustun 20-də saat 18 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində 31 yaşlı Rasim Lariyonov münaqişə zəminində bıçaqla qətlə yetirilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini 47 yaşlı Emil Hüseynov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR