"Aviq" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv olunduğunu elan edib.
Bakıvaxtı.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini 1025 Bakı şəhəri, Xətai̇ rayonu, Qaraşəhər 7-ci küçəsi, ev 35 ünvanına bildirə bilərlər.
"Aviq" MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 manat olan MMC-nin qanuni təmsilçisi isə Əsgərov Əliyar Əsgər oğludur.
Şirkətin hazırda dövlətə 703 min 884 manat məbləğində vergi borcu da var.
Xatırladaq ki, şirkət ən son iyulda təşkilati-hüquqi formasını dəyişərək "Aviq" Mənzil-Tikinti Kooperativindən (MTK) Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilmişdi.